Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mübariz İbrahimova həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb


Almaniyanın Maqdeburq şəhərində üzərində Milli Qəhrəman Mübariz İbrahimovun adı və şəkli ilə poçt markası dövriyyəyə buraxılıb. Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının mətbuat xidmətindən verilən məlumatda deyilir ki, min ədəd tirajla çap olunmuş markanın üzərində Azərbaycan Respublikasının bayrağı və Milli Qəhrəman Mübariz İbrahimovun təsviri ilə yanaşı, ingilis dilində “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov” və markanın yuxarı hissəsində isə “Azərbaycan Respublikası” sözləri yazılıb. Bu poçt markası Almaniyanın bütün ünvanlarına göndəriləcək.




30/06/11    Çap et