Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti mobil reklamdan nə qədər qazanır?


Bu il "Google" şirkətinin mobil reklamdan qazandığı gəlirlər ikiqat artacaq və təxminən 5,8 milyard dollar təşkil edəcək.

Bu barədə "Cowen" şirkətinin analitiki Cim Fridlandın yeni proqnozunda qeyd olunub. Onun hesablamalarına əsasən, hal-hazırda  internet-nəhəng il ərzində dünyada mövcud olan smartfon və ya planşetdən orta hesabla təxminən 7 dollar qazanır.

Bir halda ki qurğuların sayı sürətlə artır və 2012-ci ildə artıq 914 milyon təşkil etməlidir, o zaman "Google" şirkətinin reklam gəlirləri də artacaq.





24/01/12    Çap et