Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Virgin America” aviaşirkəti təyyarələrdən birini Stiv Cobsun şərəfinə adlandırıb


"Virgin America" aviaşirkəti öz təyyarələrindən birini "Apple" banisi Stiv Cobsun (Steve Jobs) şərəfinə adlandırıb.

Şirkət "Airbus A320" təyyarəsinin bortunda Stiv Cobsun məşhur sitatını yerləşdirib: "Stay Hungry, Stay Foolish",- "MacRumors" nəşri bildirib.

Bu ifadəni "Apple" yaradıcısı 2005-ci ildə Stenfords Universitetinin tələbələri qarşısındakı çıxışı zamanı deyib.

"Virgin America" qərargahı Silisium vadisində (Kaliforniya) yerləşən yeganə aviaşirkətdir.





24/01/12    Çap et