Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia Lumia” smartfonlarının satış həcmi 1 milyonu ötüb


“Bloomberg” agentliyinin əməkdaşları 20-yə yaxın analitikdən əldə olunmuş informasiyaya əsasən, oktyabr ayının sonunda təqdim edilmiş “Nokia Lumia” smartfonlarının satış həcmini qiymətləndiriblər.

Açıqlanmış məlumatlar noyabrdan dekabra qədər olan dövrü əhatə edir. “Nokia” şirkəti bu müddət ərzində təxminən 1,3 milyon “Lumia” aparatı satıb.

Proqnozlara əsasən, cari rübdə Finlandiya istehsalçısı “Windows Phone 7” platforması ilə işləyən 3,2 milyon aparat sata bilər.

Hal-hazırda “Windows Phone” platformasının smartfon bazarındakı payı  təxminən 1,9% təşkil edir. İlin sonuna kimi bu göstəricinin 9%-ə qədər artacağı və 2013-cü ildə isə 15%-ə çatacağı gözlənilir.

Analitiklər hesab edirlər ki, onilliyin ortalarında “Windows Phone” platforması “iOS”-u ötərək populyarlığa görə ikinci mobil platforma olacaq. “Android” mobil əməliyyyat sistemi isə lider olaraq qalacaq.





24/01/12    Çap et