Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cib “USB” serveri “bulud” xidmətləri ilə sinxronlaşdırılır


“HyperShop” şirkəti batareya ilə işləyən və “Linux” əməliyyat sistemi quraşdırılan cib “USB” serveri istehsal edib. Yeniliyin qiyməti 100 dollardan bir az aşağıdır. Onu şalvarın cibində yerləşdirmək mümkündür.

İstehsalçı  yeni cib serverindən simsiz fayl xidmətinin yaradılması, “Wi-Fi”qurğular arasında fayl mübadiləsi üçün istifadə etməyi tövsiyə edir.

“Cloud FTP” serveri eyni anda 3 qurğu ilə əlaqəni dəstəkləyir; informasiyanın onlayn "bulud” xidmətləri ilə sinxronlaşdırılması mümkündür.

100 dollar dəyərində olan “CloudFTP” serveri “ARM9” arxitekturalı mobil prosessor, “USB” port və 132x32 piksel təsvir ölçülü “LCD” ekran ilə təchiz edilib.





25/01/12    Çap et