Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Turkish Airlines” öz təyyarələrini “WLAN” əlaqə ilə təchiz edib


"Turkish Airlines" ABŞ-a olan transatlantik reysləri genişzolaqlı internet ilə təchiz edib. Artıq bu hava yolları reyslərinin sərnişinləri 10 min metr yüksəklikdə internetə daxil ola biləcəklər.

"Panasonic Avionics"-in "WLAN" əlaqəsi ilə 11 "Boeing 777-300ER" təyyarəsi və 10 "Airbus A330-300" təyyarəsi təchiz edilib. Test mərhələsində internet pulsuz təklif ediləcək.Təyyarədə internetə simsiz əlaqə dəstəyinə malik bütün sərnişinlər qoşula biləcəklər.
 





25/01/12    Çap et