Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB daha bir neçə ONU avadanlığl istismara verib


Bakı Telefon Rabitəsi İstehsalat birliyi paytaxt sakinlərinin telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə yeni elektron stsnsiyalar istifadəyə verib. Bu barədə ictnews elektron xəbər xidmətind\ə birliyin texniki direktoru Rəsul Qurbanov məlumat verib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Savalan, Kürdəxanı, Binəqədi qəsəbəsində ONU-2, Hövsan və Ramanı kənd        ATS-ləri NGN texnologiyaları əsasında rekonstruksiya olunaraq Bilgəhdə (1888 №) və 2 №-li Hökumət bağında (480 №) NGN tipli  avadanlıqlar quraşdırılıb.

BTRİB-in rekonstruksiya olunmuş ATS-lərdən çıxarılmış ONU tipli ATS-lər tələbata uyğun olaraq 566/567, 374/375 indeksli ATS ərazilərində, Aeroport yolunda, Hövsan Südçülükdə və Sanqaçal qəsəbəsində quraşdırılıb.Hazırda birlik tərəfindən bakıətrafı qəsəbələrdə yeni stansiyalar tikilir.





26/01/12    Çap et