Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Apple” yenə də dünyanın ən bahalı şirkəti olub


"Apple" dünən, yanvar ayının 25-də neft nəhəngi "Exxon" şirkətini yenidən qabaqlayaraq dünyanın ən bahalı şirkəti olub.

Maliyyə hesabatının dərc edilməsindən sonra "Apple" şirkətinin kapitallaşdırma dəyəri 414,83 milyard dollara qədər artıb.

Məlumat üçün qeyd edək ki, neft nəhəngi "Exxon" şirkətinin kapitallaşdırma dəyəri 414,47 milyard dollar təşkil edib. Lakin, "Exxon" şirkəti günün sonuna yaxın liderliyi yenidən qaytara bilib, -"TechCrunch" bildirib.

 
 





26/01/12    Çap et