Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“vkontakte.ru” nəhayət, qısa domenə keçir


“vkontakte.ru” saytına keçmək cəhdi istifadəçiləri “vk.com” domeninə istiqamətləndirəcək. Saytın qısa domenə keçəcəyi zaman dəqiq bilinməsə də, hazırda bu saytda istifadəçilər üçün xüsusi xəbərdarlıq yerləşdirilib.

Bu barədə məlumat yayan “itnovosti.org.ua” saytı bildirir ki, “vkontakte.ru” qısa domeni hələ 2008-ci ilin avqustunda əldə edib. Yeni domenə keçid zərurəti isə onun daha qısa, gözəl, rahat, eyni zamanda, mobil cihazlardan asan yığılması, xarici istifadəçilər üçün daha uyğun olması ilə izah edilir.






26/01/12    Çap et