Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Prezidenti İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb


Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb.
 
Görüşdə Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb. Vitse prezident bildirib ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğulayıb.

Görüşdə "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edilib və bununla bağlı işlərin sürətləndirilməsi qərara alınıb.
 





27/01/12    Çap et