Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” senzura sisteminə keçir?!


“Twitter” mikrobloqlar xidməti öz texnologiyalarını təkmilləşdirib. İndi o, istifadəçilərin hər hansı mesajlarını elə blok edə bilər ki, ona bir ölkə ərazisindən baxmaq mümkün olmasın. Bununla belə digər ölkə istifadəçiləri həmin mesaja baxa bilərlər.

Bu yenilik şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri yeniliyin yaxşı olduğunu hesab edirlər. Digərləri isə prinsip etibarilə blok etmə konsepsiyasını qəbul etmirlər və “Twitter” şəbəkəsini tənqid edirlər.


“Twitter”dən bildiriblər ki, onlar orta məxrəci tapmağa çalışıblar və yeni alət əvvəlki kimi bütün xidməti deyil, fərdi mesaj və ya mikrobloqları blok etməyə imkan verir.

Yeni sistem şirkət tərəfindən idarə olunacaq və əgər istifadəçi bu və ya digər ölkənin qanunlarını pozan materialları dərc etmək istəsə, o zaman o, müvafiq xəbərdarlıq alacaq.

Yeni sistemə əsasən, onun tviti həmin ölkənin auditoriyası üçün blok ediləcək, halbuki digər ölkələrdə o tviti oxumaq mümkün olacaq.


Son məlumatlara əsasən, “Twitter” şəbəkəsindən təxminən 100 milyon insan fəal olaraq istifadə edir, hərçənd ki layihə istifadəçilərinin ümumi bazası 2.5 dəfə daha çoxdur. Şirkət isə bir neçə ildən sonra istifadəçilərin bazasını 1 milyarda çatdırmağı planlaşdırır.
 





27/01/12    Çap et