Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Futbol azarkeşlərinə internet vasitəsi ilə “qara qara, ağ ağ kimi” göstəriləcək


Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko azarkeşlərlə internetdə qarşılaşmağın zamanı çatdığını deyir. S.Fursenko bu məqsədlə RFİ-nin rəsmi saytında şəxsi bloqunun istifadəsinə başlayıb.

O, bloqunda belə yazır: “RFİ-nin prezidenti olmağımdan artıq iki il ötür. Ətrafda o qədər qeyri-dəqiqliklər var ki, bunlarla bağlı azarkeşlərlə birbaşa danışmaq lazımdır.

Gizlətməli heç nə yoxdur, əksinə, bölüşmək istədiyim xeyli maraqlı məsələlər var. Bundan başqa, hər kəsə hər şeyi olduğu kimi - qaranı qara, ağı ağ kimi göstərməyin zamanı yetişib”. Məlumatı yayan “www.innov.ru” saytında bildirilir ki, RFİ-nin hazırkı prezidenti indiki postunda 2010-cu ilin fevral ayından Vitali Mutkonu əvəzləyib.





27/01/12    Çap et