Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3 dildə elektron kitab mərkəzi yaradılıb


Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzinin internet səhifəsi yaradılıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə,  bununla bağlı  keçirilən təqdimat mərasimində ADA-nın prorektoru Fariz İsmayılzadə bildirib ki, Azərbaycanda kitaba maraq həmişə yüksək olub və bu gün də dünya ədəbiyyatı nümunələrinə meyil azalmayıb.

Müasir dünyada ən son texnologiyalardan istifadə etməklə kitab təbliğatının əhəmiyyətindən danışan F.İsmayılzadə ADA-nın Kitab Mərkəzinin internet səhifəsinin yaradılmasının məhz bu məqsədə xidmət etdiyini deyib. O bildirib ki, bu mərkəz təkcə kitab satışı ilə məşğul olmamalı, kitabsevərlərin görüş yerinə də çevrilməlidir.

Kitab Mərkəzinin meneceri Rövşanə Səmədova «adabook.az» veb-saytı haqqında ətraflı məlumat verərək deyib ki, burada Azərbaycan, ingilis və rus dillərində 20 mindən artıq elektron kitab toplanıb.

Onun sözlərinə görə, Kitab Mərkəzini internet vasitəsilə ziyarət etmək istəyənlər interaktiv virtual turdan istifadə edə bilərlər.


Müasir dövrdə təhsilin inkişafında informasiya texnologiyaları və internet əvəzsiz rol oynayır. Məhz bu baxımdan ADA-nın Kitab Mərkəzində açılan kompyuter guşəsi alıcıların prioritetlərinə görə seçim imkanlarını genişləndirmək məqsədi daşıyır.





27/01/12    Çap et