Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür


“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin şəxsi varidatı 18 milyard ABŞ dollarını ötüb. Belə ki, o, dünya İT sənayesinin ən imkanlı insanları siyahısının üçüncü pilləsinə yüksəlib. Hazırda reytinqdə M. Sukerberq “Apple” şirkətinin təsisçisi Stiv Cobs və “Google”un təsisçiləri Sergey Brin və Larri Peyci üstələyərək “Microsoft” korporasiyasının yaradıcısı Bil Qeyts və “Oracle” şirkətinin təsisçisi Larri Ellisondan geridədir. “Facebook” rəhbərinin maddi vəziyyətinin hesablanması sosial şəbəkənin qiymətli kağızlarının dəyərləndirilməsinə əsasən müəyyən edilir. Bəzi analitiklərin fikrincə, M. Sukerberqin maddi imkanının artması “Facebook”un birjada təmsil olunmasından qabaq bu sosial şəbəkə ətrafındakı ajiotajla bağlıdır. Şirkətin artıq gələn ildən birjaya çıxacağı gözlənilir və bundan sonra “Facebook”un səhmlərinin dəyəri həm arta, həm xeyli azala bilər.




30/06/11    Çap et