Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” ABŞ-da “iPhone” və “iPad” satışlarını qadağan etməyi tələb edir


“Samsung” və “Apple” arasındakı məhkəmə təhqiqatı yeni dövrə qədəm qoyur. “Apple” Koreya şirkətini elə Koreya məhkəməsində bir neçə patentin pozulmasında ittiham etdikdən sonra, “Samsung” ABŞ ərazisində “iPhone” və “iPad” satışlarını qadağan etmək tələbi ilə beynəlxalq ticarət komissiyasına (BTK) müraciət edib. Əksər analitiklərin fikrincə, “Samsung”un belə addımı məhkəmə iddiasının yubadılması üçün edilib. Hətta əgər ərizə müzakirəyə qəbul edilsə belə onun analizi illərlə uzana bilər. Şirkətlər bu proses fonunda faktiki olaraq bir- biri üçün əhəmiyyətli partnyordurlar: Belə ki, “Samsung” “Apple” qurğuları üçün komponentləri çatdırır.




01/07/11    Çap et