Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı uşaqlar internetsiz özlərini tənha hiss edirlər


Britaniya alimləri tərəfindən keçirilmiş yeni tədqiqat nəticəsində məlum olub ki, əgər 12 yaşa qədər uşaqlar internetə çıxış imkanından məhrum edilirsə, onların 49 faizi kədərlənir və hər beş nəfərdən biri isə tənhalıqdan əzab çəkməyə başlayır.

Böyük yaş kateqoriyasında isə vəziyyət bir qədər başqa cürdür: internetsiz 12-16 yaş aralığında olan 60 faiz yeniyetmə kədərlənir, 48 faiz isə  özünü tənha hiss etməyə başlayır. Bu barədə  “The Telegraph” qəzeti yazıb.
 
 
 
 
 





30/01/12    Çap et