Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəz yaradılacaq


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi hazırda aktualdır və Azərbaycanda bu sahədə hələlik müəyyən boşluqlar mövcüddur.

Hesab edilir ki, informasiya təhlükəsizliyi sisteminin, habelə informasiya resurslarının (saytlar) inteqrasiyası ilə sertifikatlaşdırılmış şirkətlər məşğul olmalıdırlar.

Bu istiqamətdə əsas addım təşkilati məsələlər, normativ-hüquqi bazanın hazırlanması və texniki məsələlərin həll edilməsidir.

Nazirliyə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə məşğul olacaq İnformasiya Təhlükəsizliyi üzrə Milli Mərkəzin yaradılması tapşırılıb.Mərkəzin yaradılması cari ildə planlaşdırılıb.

Mərkəzin vəzifələrinə şəbəkə infrastrukturlarının vəziyyətinin izlənilməsi, yeni təhlükələrin əmələ gəlməsi haqqında məlumatlandırma və onlara qarşı mübarizə tədbirləri, informasiya təhlükəsizliyinin pozulması halı ilə üzləşən təşkilatlara təcili kömək və s. daxildir.





31/01/12    Çap et