Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-serverlər üçün 36 nüvəli prosessor təqdim edilib


“Tilera” şirkəti yanvarın 30-da server və "bulud" hesablama sistemləri üçün “TİLE-Gx36” çiplərini təqdim edib.
40 nanometr texnoloji proses üzrə istehsal edilən yeni prosessorlar 36 nüvədən ibarətdir. “Linux” əməliyyat sistemləri və 64 bitlik proqramlarla iş dəstəklənir. “iMesh” daxiliçip şəbəkəsi sayəsində hər nüvə yaxınlıqda olan digər çiplərlə qarşılıqlı əlaqədə ola bilər.

İstehsalçı iddia edir ki, ənənəvi “x86” arxitekturalı həllərlə müqayisədə “TİLE-Gx36” çipləri daha yüksək məhsuldarlıq göstəricisi təmin edirlər. Məhsullar ən çox 24 Vatt sərf edirlər.
 





31/01/12    Çap et