Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya turistlərini “Twitter”dəki yazılarına görə ABŞ-dan kənarlaşdırıblar


Amerika hakimiyyəti “Twitter”dəki tvitlərinə görə iki Britaniya turistini ölkədən çıxartmaq haqqında qərar qəbul edib. Onlar təyyarəyə minməmişdən əvvəl “Twitter”də bir neçə mesaj yazıblar. Mesajlardan birində zarafatyana "Amerikanı dağıtmaq" (destroy America), digərində isə  “Merilin Monronun qəbrini qazmaq” qeyd edilib.

ABŞ hakimiyyəti qəti qərar qəbul edənədək, Van Brayan 12 saat barmaqlıq arxasında keçirməli olub. Polisə “destroy” sözünün Britaniya jarqonunda  "ayrılmaq, gəzmək" kimi məna verdiyini izah etmək cəhdi də heç bir fayda verməyib.Federal agentlər ikinci tviti də ciddi qəbul ediblər.
 
Amerika polisləri Van Brayanın təcavüz aktı hazırladığı qərarına gəliblər və pasportunu alıblar. Bu barədə  “The Daily Mail” xəbər verib. Sonra isə hakimiyyət tərəfindən Britaniya cütlüyünü ölkədən çıxartmaq haqqında qərar qəbul edilib.

Hal-hazırda cütlük yenidən ABŞ-a gəlmək üçün səfirliyə verilməli olan sənədləri hazırlayır.
 





31/01/12    Çap et