Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “İnternet Explorer 10” səyyahının yeni ilkin versiyasını istifadəyə verib


“Microsoft” “İnternet Explorer 10” səyyahının yeni ilkin versiyasını istifadəyə verib. Yeni versiya ilk növbədə proqramçılara və veb-istehsalçılara istiqamətlənib. İstifadəçilər səyyahın yekun versiyasının çıxış anına qədər “İE 10”-nun funksional imkanlarına girişə malik olmalıdırlar.
Yeni quraşdırılma variantına bir sıra son spesifikasiyalar: “Drag&Drop” texnologiyasının təkmilləşdirilmiş dəstəyi, formaların validasiyasının yeni mexanizmləri, veb-səhifələrdə elementlərin yerləşdirilməsinin yeni sistemi və digər yeniliklər daxil edilib. “Microsoft”, həmçinin yeni relizlə “HTML5” spesifikasiya dəstəyinin işini də təkmilləşdirib.
Yeni versiyada veb-istehsalçılar üçün ən əhəmiyyətli hadisələrdən biri “Web Worker APİ" dəstəyi olub. Bu texnologiya müasir prosessorlarda realizə edilən çoxaxınlılıq və çoxnüvəlilik hesabına veb-səhifələrin “JavaScript” emalını və müxtəlif "ağır" elementlərini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir. “Web Worker” eyni zamanda bir çox skript icra etməyə icazə verir, bu da veb-istehsalçılara daha mürəkkəb veb-səhifələr yaratmağa icazə verir. “İnternet Explorer 10” səyyahının yekun versiyasının təxminən 2012-ci ilin martına istifadəyə verilməsi gözlənilir.




01/07/11    Çap et