Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Metropoliteni ödənişsiz Wi-Fi şəbəkəsi açır


Yaxın vaxtlarda Bakı Metropoliteni simsiz Wi-Fi internet şəbəkəsinin açılmasına başlayacaq.
Hazırda Bakı Metropoliteni tərəfindən AiləTV və Connect kabel televiziyası operatorları ilə simsiz internet şəbəkəsinin açılması haqqında ilkin razılaşma əldə olunub.
 
Ödənişsiz əsaslarla təqdim olunacaq simsiz Wi-Fi xidmətləri Bakı Metropoliteninin şəhərin mərkəzində yerləşən stansiyalarında istifadəyə veriləcək. Sonralar xidmətdən mərhələli şəkildə digər stansiyalarda da istifadə etmək mümkün olacaq.

Wi-Fi texnologiyaları üzrə simsiz giriş istifadəçilər üçün ən sərfəlisidir, çünki bazarda bu standart üzrə çoxlu qurğular (noutbuklar, telefonlar, smartfonlar) var.





01/02/12    Çap et