Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows” üçün “Kinect” hərəkət kontrollerini istifadəyə verib


“Microsoft” korporasiyası söz verdiyi kimi, “Windows” əməliyyat sistemləri üçün “Kinect” hərəkət kontrollerini istifadəyə verib. Qurğu 12 ölkədə: Avstraliya, Böyük Britaniya, Almaniya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Meksika, Yeni Zellandiya, ABŞ, Fransa və Yaponiyada əlçatan olacaq.

ABŞ-da “Windows” üçün “Kinect” kontrollerini 249 dollar dəyərində qiymətləndiriblər. Müəyyən müddətdən sonra satışa təhsil müəssisələri üçün 149 dollar dəyərində olan modellər çıxarılacaq.
Bir kompyuterə 4 ədəd “Kinect” kontrolleri qoşmaq olar.
 





02/02/12    Çap et