Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Google" şirkəti "Android Market"i viruslardan qoruyacaq


"Google" şirkəti "Bouncer" adlı sistem işə saldığını elan edib. Sistem "Android Market"ə yüklənən bütün əlavələri virusla bağlı avtomatik olaraq yoxlayır. Bundan əlavə, "Bouncer" sistemi kataloqda artıq mövcud olan proqramları, həmçinin tərtibatçıların hesablarını yoxlayır.

"Google" nümayəndəsi izah edib ki, sistem əslində yeni deyil və keçən ildən istifadə olunur. Lakin sistem bu günə qədər beta-rejimdə işləyirdi. Onun sayəsində 2011-ci ilin ikinci yarımilliyində potensial olaraq ziyanverici proqram yükləmələrinin sayı 40 % azalıb.

Tərtibatçıların sözlərinə görə, "Bouncer" sistemi 100% təhlükəsizlik təmin edə bilməz, lakin indi "Android Market"-dən ziyanverici əlavənin yüklənmə riski minimaldır.


http://www.onliner.by/news/03.02.2012/09.46/





03/02/12    Çap et