Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Skype"da "Full HD" təsvir ölçüsündə videozənglər etmək olar


"Windows" əməliyyat sistemi üçün populyar "Skype" internet-telefoniya xidmətinin proqram-müştərisinin yeni versiyasında bir sıra təkmilləşdirmələr edilib. Məsələn, artıq videozəngləri "Full HD" təsvir ölçüsündə etmək mümkün olacaq, -"Skype" nümayəndələri rəsmi bloqda bildiriblər.

Məlumata əsasən, istifadəçilər "Full HD" təsvir ölçüsündə videozənglər etmək üçün müvafiq veb-kameraya malik olmalı, həmçinin internet-əlaqənin 2 Mbit/s giriş-çıxış sürəti lazımdır.

Bundan əlavə, "Windows" əməliyyat sistemi üçün "Skype" proqramının yeni versiyasına "Push to Talk" funksiyası daxil edilib. Bu funksiya vasitəsi ilə istifadəçilər zəng zamanı mikrofonun söndürülməsi üçün klaviaturada "qaynar klaviş" təyin edə bilərlər.

Həmçinin "Skype" proqramının yenilənmiş versiyasının istifadəçiləri "Facebook" sosial şəbəkəsindəki xəbər lentlərini bilavasitə videozəng  xidmət müştərisində oxuya, həmçinin sosial şəbəkədəki dostlarına (hətta əgər onlar "Skype" istifadəçisi deyillərsə belə) zəng edə biləcəklər.

Cümə günü Rusiyanın ən böyük axtarış sistemi olan "Yandeks" ilə "Skype" videozənglər xidməti arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Rusiya şirkəti öz saytlarında " Skype"-ın irəliləyişini həyata keçirəcək.
 
 

http://ria.ru/technology/20120203/555570984.html






03/02/12    Çap et