Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni internet yaradıla bilər


İnternetin yenidən qurulacağı ilə bağlı informasiyalar yayılıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, alimlər polad kanat və burazlardan daha sərt, eyni zamanda xassələrinə görə ən müxtəlif elastik vəziyyətlər ala bilən hörümçək torunun daha bir özəlliyini müzakirə edirlər.

Hörümçək toru sərt olmaqla yanaşı, həm də "ağıllı"dır. Gələcəkdə elektrik şəbəkələri və internet hörümçək torunun əsas götürüldüyü sistem əsasında qurula bilər. ABŞ-dakı Massaçusets Texnologiya İnstitutunun professoru Markus Bulerin başçılıq etdiyi tədqiqat qrupu Avropada yaşayan bağça hörümçəyi "Araneus diadematus"un üzərində kompyuter modelləri quraraq bu canlının fərqli gərilmə səviyyəsinə malik torlar qurduğunu sübut ediblər.

O əlavə edib ki, tor hörümçək üçün ev olmaqla yanaşı, həm də ov vasitəsidir: «Tor gərək olanda ifrat dərəcədə yumşalan, ehtiyac yarananda isə əvvəlki sərtliyinə qayıdan misilsiz özəlliyə malikdir".






04/02/12    Çap et