Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” əməliyyat sistemi “Start” düyməsindən məhrum edilib


"Lenta.ru" saytının məlumatına əsasən, "Windows 8" əməliyyat sisteminin (ƏS) beta-versiyasında "Start" düyməsi olmayacaq. Bu barədə "Bloqqer Pol Tarrott" bildirib.

2011-ci ilin sentyabrında təqdim edilən "Windows 8" ƏS-nin ilk açıq versiyasında "Start" düyməsi var idi. Lakin "Start" düyməsi yeni ƏS-də ənənəvi "Windows" interfeysi və yeni "Metro" interfeysi arasında keçid üçün istifadə edilmişdi.

"Windows 8" ƏS-nin yeni quraşdırılmasında interfeyslər arasında keçid üçün müxtəlif üsullardan istifadə etmək mümkün olacaq. "Start" düyməsi məsələ panelindən yox olacaq.
Məlumat üçün qeyd edim ki, "Start" düyməsi və menyusu ilk dəfə "Windows" 95 ƏS-də tətbiq edilib.





08/02/12    Çap et