Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdəki veb-saytların sayı 623 milyonu ötüb


"Cybersecurity.ru" saytının məlumatına əsasən, "Netcraft" veb-monitorinq şirkəti bu gün fevral ayı üzrə internetdə mövcud olan sayt və fərdi bloqların sayı haqqında hesabat dərc edib. "Netcraft" şirkətinin məlumatına əsasən, fevral ayında internetdə 612843429 (623 milyon) sayt və bloq işləyib. Bu göstərici keçən ay ilə müqayisədə 5,2 faiz və ya 30 milyon çoxdur.

Sayt və bloqlara xidmət edən populyar veb-serverlər arasında "Nginx" serverində artım qeydə alınıb. Belə ki, onun bazası 0,27 faiz artıb. "Apache" veb-serveri, həmçinin müsbət dəyişiklik göstərib, lakin onun bazar payı dəyişməz olaraq qalıb.





08/02/12    Çap et