Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Windows 8" əməliyyat sisteminin açıq test üçün versiyası fevral ayının 29-da çıxacaq


"Microsoft" korporasiyası fevral ayının 29-da "Mobile World Congress" tədbirində "Windows 8" əməliyyat sisteminin açıq test üçün versiyasını təqdim edəcək,- şirkət nümayəndələrinə istinadən "TechCrunch" bildirib.

Məlumat üçün qeyd edim ki, "Microsoft" korporasiyası "Windows 8" əməliyyat sisteminin tərtibatçılar üçün test versiyasını sentyabr ayında təqdim edib. Şirkət yeni əməliyyat sistemi vasitəsi ilə rəqiblərini planşet kompyuter bazarında sıxışdırmağı və eyni zamanda ənənəvi gəlir mənbəyini əldən verməməyi nəzərdə tutur.

"Windows 8" əməliyyat sistemi sensor idarədən istifadə etmək üçün yeni "Metro" interfeysə malikdir. Bu yaxın günlərdə verilmiş məlumata görə, "Microsoft" korporasiyası "Windows 8" əməliyyat sisteminin açıq test üçün versiyasında məsələ panelindən "Start" düyməsini ləğv edib.

"Windows 8" əməliyyat sisteminin final versiyası cari ilin sonuna gözlənilir. Eyni zamanda bazara bu əməliyyat sisteminin bazasında hazırlanmış ilk planşetlər çıxarılmalıdır.
 


http://ria.ru/science/20120209/560843758.html





09/02/12    Çap et