Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Microsoft" korporasiyası "OneNote" bloknotunun "Android" platforması üçün versiyasını çıxarıb


"Microsoft" korporasiyası " OneNote" bloknotunun "Android" əməliyyat sistemi ilə işləyən qurğular üçün versiyasını təqdim edib, korporasiyanın rəsmi bloqunda bildirilib.

Mobil bloknotla iş üçün "Windows Live" xidmətində hesaba malik olmaq lazımdır. Əlavə vasitəsi ilə xidmətdə hesaba malik olan istifadəçi öz qeydlərini "Microsoft Office" paketinin tərkibinə daxil olan stolüstü "OneNote" əlavəsi ilə sinxronlaşdıra bilər.

Pulsuz versiya vasitəsi ilə 500 qeydə qədər yaratmaq mümkündür, bundan sonra proqramı (dəyəri 5 dollardır) satın almaq lazımdır.
"OneNote" bloknotu, həmçinin qeydlərin formatlaşdırılmasını, iş siyahılarının yaradılmasını, yazılarda şəkillərdən istifadəni və cədvəllərlə işi dəstəkləyir.



digit.ru/technology/20120208/389180959.html
 





09/02/12    Çap et