Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Acer" şirkəti keçmiş rəhbərini məhkum etdirmək istəyir


"Onliner.by" resursunun məlumatına əsasən, "Acer" şirkəti keçmiş rəhbəri Canfranko Lyançini məhkum etdirmək istəyir. "Acer" şirkəti iddia edib ki,  Canfranko Lyançi şirkətlə bağladığı müqavilə bəndlərindən birini pozub.

"Acer" şirkəti "Lenovo"nu əsas rəqiblərdən biri hesab edir və Canfranko Lyançinin ora təyin edilməsini diqqətdən kənar qoymayıb. Məlumat üçün qeyd edim ki, o, cari ilin əvvəlində "Lenova" şirkətinin Avropa, Afrika, Orta Şərqdəki biznes fəaliyyəti üçün cavabdehlik daşıyan bölməsinə rəhbərlik edib.

"Acer" şirkətinin hüquqşünasları təkid edirlər ki, onların sabiq rəhbəri müqaviləsində rəqabətə yol verilməməsi haqqında bəndi pozub. Belə ki, Canfranko Lyançi rəqib şirkətdə müəyyən müddət (bu müddət adətən 3 il təşkil edir) rəhbər vəzifəsində işləmək hüququna malik deyildi.





09/02/12    Çap et