Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağcabədinin kəndlərində də genişzolaqlı internet şəbəkəsi qurulacaq


Ağcabədidə internet istifadəçilərinin sayı sürətlə artır. Bu barədə məlumat verən Ağcabədi TKQ-nın rəisi Miriş Ağamirov bildirib ki, hazırda “Aztelekom.net” internet provayderi üzrə 984, “Dataplus” provayderi üzrə 490 və “Qtelekom” üzrə  200-ə yaxın genişzolaqlı internet istifadəçisi var.

Rayon rabitə şəbəkəsinin tam elektronlaşması, kəndlərlə birləşdirici xətlərin optik kabellərlə təmin olunması istifadəçilərin internet xidmətlərindən rahat şəkildə istifadəsini təmin edir. Rayon üzrə “Dial-up” rejimində internetə çıxış imkanı əldə edənlərin  sayı da çoxluq təşkil edir.

M.Ağamirov bu sahədə görülən işlərin davam etdirildiyini bildirərək kəndlərdə də genişzolaqlı internet şəbəkəsinin qurularaq əhalinin istifadəsinə veriləcəyini qeyd edib. O, rayon gəncləri asudə vaxtlarını daha səmərəli keçirməsi üçün qovşağın nəzdində internet-klubun fəaliyyət göstərdiyini,  burada müasir tipli 11 ədəd kompyuter quraşdırıldığını deyib.

   Bundan başqa Telekommunikasiya qovşaqları sırasında ilk dəfə Ağcabədi Telekommunikasiya Qovşağı şəhər 3 nömrəli məktəbin müəlliməsi İradə Hüseynova ilə müqavilə bağlayaraq, məktəbdə xüsusi kabinet yaradılaraq məktəbin şagirdlərinə kompyuterdən istifadə etmək, internetə daxil olmaq və digər əməliyyatlar  tədris olunur

. Kompyuter təlimləri keçən məktəblilər ayda bir dəfə Ağcabədi TKQ-də olaraq İKT üzrə təlimlərini daha geniş şəkildə davam etdirərək videokonfrans rabitəsinə qoşula bilirlər.
 





09/02/12    Çap et