Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “Bakcell” abunəçiləri də TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə edə bilərlər


TQDK-nın mətbuat xidmətindən verilən  məlumata görə, abituriyentlər və bakalavrlar  artıq "Azercell" nömrələri ilə yanaşı, "Bakcell" nömrələrindən də 7725 nömrəsinə SMS göndərməklə  ödəmə kartlarını əldə edə bilərlər.

SMS-ə cavab olaraq abunəçinin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Xatırladaq ki, ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.








CAHANGİR





09/02/12    Çap et