Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Payızda internet mediasının vəziyyəti müzakirə olunacaq


Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlamasında payızda Azərbaycanda internet mediasının vəziyyəti ilə bağlı tədbir keçirməyi planlaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycan internet mediasının vəziyyəti, inkişaf meyilləri ətrafında müzakirələr olacaq.
“Tədbirdə həm yerli, həm də Avropadan gələn mütəxəssislər bu barədə öz fikirlərini bölüşəcəklər. Ümumiyyətlə, biz bu tendensiyanı izləyəcəyik” - deyə Şura sədri sözlərinə əlavə edib.




01/07/11    Çap et