Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın tarixi həqiqətlərini əks etdirən daha bir sayt fəaliyyətə başladı


Azərbaycanın tarixi həqiqətlərini əks etdirən daha bir sayt fəaliyyətə başladı. "www.garabagh.net" adlanan bu saytın hazırlanması "www.azerbaijans.com" saytının kollektivi tərəfindən həyata keçirilir.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytın ideya müəllifi və təşkilatçısı İlham Abduyev məlumat verib. Onun sözlərinə görə, sayt istifadəçilərə Azərbaycanla yanaşı,  yeddi dildə - ingilis, alman, rus, türk, fransız, ispan dillərində təqdim olunur: "Sayt 40 bölmə, 200 linkdən ibarətdir. Hər bir bölmə Qarabağ haqqında ayrı-ayrı informasiyalar bazasına malikdir.

Bölmələrdə Qarabağ tarixi, tarixi müqavilələr, Qarabağın inzibati bölgüsü, coğrafiyası, sosial inkişafı, mədəniyyəti, mətbəxi yer alıb. Bundan başqa, burada Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət qayğısı və dövlət siyasəti, prezidentin Qarabağ münaqişəsi ilə bağlı çıxışları, münaqişənin beynəlxalq təşkilatlarda çözümü və s. kimi məlumatlara da geniş yer ayrılıb.

Bir sözlə, Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən saytı Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradacaq". İ.Abduyev hesab edir ki, sayt xaricdə yaşayan azərbaycanlılar, o cümlədən Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi çox faydalı olacaq: "Saytın vizual texniki tərtibatı da mükəmməl hazırlanıb.

Saytın loqosunun fonunda Qarabağ bölgəsinin yenicə əldə edilmiş şəkilləri öz əksini tapır. Bundan başqa, saytda yerləşdirilən informasiyaları vizuallaşdıran video və foto bölmələri fəaliyyət göstərir".   




 HƏQİQƏT





10/02/12    Çap et