Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İndoneziyalılar "Twitter" xidmətindəki tvitlərə görə azadlıqdan məhrum edilə bilərlər


İndoneziya hakimiyyəti "Twitter" istifadəçiləri üzərindəki nəzarəti kəskinləşdirir: mikrobloqqerlər ehtiyatsız fikirlərinə görə uzun müddət barmaqlıq arxasında qala bilərlər.

Fikirləri ilə yerli qanunvericiliyi pozan istifadəçilər təqib ediləcəklər. Belə ki, pornoqrafik, küfr, fırıldaqçı xarakterli tvitlərə görə İndoneziya sakinləri hətta 12 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

"Əgər onlar qanunları pozurlarsa,  cəzalandırılacaq" - İndoneziyanın İnformasiya və kommunikasiya naziri Tifatul Sembirinq (Tifatul Sembiring) bildirib.
 





11/02/12    Çap et