Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İvanovka kəndində sürətli internetə çıxış təmin olunub


İsmayıllıda kəndlərin mərkəzlə optik kabellərlə bağlanması sakinlərin sürətli internetdən istifadəsinə şərait yaradıb. İsmayıllı TKQ-dən bildiriblər ki, Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində TAE xəttinə qoşulan rayon rabitəsi  daha sürətli və keyfiyyətli xidmətlərlə təmin olunub.

Qovşaq tərəfindən aparılmış işlər nəticəsində İvanovka, Qubaxəlilli, Ruşan, Qələyə, Hacıhətəmli və Göytəpə kənd ATS-lərinin rabitəsi artıq TAE xəttinə birləşdirilib və sözügedən kəndlərdə rabitənin keyfiyyəti bir neçə dəfə yüksəlib.

 Qeyd edək ki, artıq İsmayıllının İvanovka kəndində ADSL modemləri qurulub ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli telefon rabitəsi ilə yanaşı, sürətli internetə çıxış imkanlarını təmin edib.





11/02/12    Çap et