Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Microsoft"un mühəndisi itlə oynayan robot hazırlayıb (VİDEO)


"Microsoft" korporasiyasının əməkdaşı Cordan Korreanın hazırladığı robotun vəzifəsi onun Darvin adlı itini Cordan Korrea və həyat yoldaşı işdə olduqda əyləndirməkdən ibarətdir. Bu barədə "Engadget" yazıb.

Robot itin şərəfinə "Darwinbot" adlandırılıb və təkər vasitəsilə hərəkət edir. "Darwinbot" topu itə tullaya, onu "süni əli" ilə poldan götürə, həmçinin itə əgər o, oyuncağı gətirərsə, mükafat kimi quru yem verə bilir.

Korrea robotu hazırlamaq üçün "Parallax" detallar dəstindən istifadə edib. "DarwinBot" robotunun daxilində noutbuk yerləşdirilib və "Skype" proqramı açılıb. Korrea bu yolla işdə olan zaman itə əmr verə bilər.

Robotun "göz"lərini "Kinect" sensoru və əlavə kameralar əvəz edirlər. Onlar robota maneələri keçməyə və otaqda topu tapmağa imkan verir. Korrea robotu məsafədən idarə etmək üçün "Xbox 360" kontrollerindən istifadə edir.








11/02/12    Çap et