Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın poçt operatoru sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib


Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azerexpresspost" ekspress poçt xidməti sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib. Bu barədə "Azerexpresspost"un istismar şöbəsinin rəisi Şəmsəddin Qədirov bildirib.
Qədirovun sözlərinə görə, sifarişçinin müraciəti həm elektron formada, həm də telefonla qəbul edilə bilər.
"Xidmətin məqsədi ondan ibarətdir ki, göndərişə görə rüsumu ünvan sahibi və göndərən deyil, bu xidmətin sifarişçisi ödəyir. Yəni sifarişçi poçt göndərişini (məsələn, məktubu) bir ünvandan digərinə göndərmək üçün bizə müraciət edir, bu zaman həmin xidmətin göstərilməsinə görə rüsumu bilavasitə sifarişçi özü ödəyir. Müvafiq olaraq, bu halda nə göndərən, nə də ünvan sahibi sifarişçi rolunda çıxış etmir", - Qədirov bildirib.
Perspektivdə xidmət Azərbaycandan digər ölkələrə göndərişlərə də tətbiq olunacaq. Bu halda isə sifarişçi Azərbaycanda olmalıdır.




02/07/11    Çap et