Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti ABŞ-da ən nüfuzlu şirkətdir


“2012 Harris Poll Reputation Quotient” sorğusunun nəticəsi əsasında tərtib edilmiş ən yüksək korporativ nüfuza malik şirkətlərin yeni reytinqində “Apple” şirkəti keçən ilin lideri “Google” şirkətini ötərək siyahıda birinci olub.
“Apple” şirkətinin korporativ nüfuz göstəricisi 85,62 bal təşkil edib. 82,82 bal toplamış “Google” şirkəti siyahıda ikincidir. “Coca-Cola” şirkəti isə üçüncüdür.

Həmçinin, “Amazon” onlayn-mağazasının korporativ nüfuzu 1 il ərzində nəzərə çarpacaq dərəcədə artaraq 4-cü mövqeyə qalxıb.






EMİL





14/02/12    Çap et