Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Aztelekom.net" provayderinin xidmət göstərdiyi ərazilərdə heç bir texniki problem yoxdur”


“Təbii şəraitin yaratdığı çətinliklərə baxmayaraq, rabitəçilərin gərgin əməyi və vaxtında görülmüş tədbirlər sayəsində "Aztelekom" İstehsalat Birliyinin xidmət göstərdiyi şəbəkədə fəlakət, qəza, zədə və s. səbəbdən kabel magistrallarında heç bir boşdayanma halı olmayıb.

Ayrı-ayrı lokal, məhəlli xarakterli zədələnmələr isə dərhal aradan qaldırılıb”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə "Aztelekom" İB-nin baş direktor müavini Mehman Həsənov məlumat verib.

Onun sözlərinə görə, son günlər bəzi KİV-də Lənkəran rayonunda internetin kəsildiyi barədə verilən məlumatlar həqiqəti əks etdirmir: ”Lənkəran rayonunda "Aztelekom.net" provayderi ilə yanaşı, əhaliyə internet xidmətləri göstərən “Azeronline”, “Azedunet”, “Smart”, “Avirtel” və s. kimi özəl şirkətlərin də işlərində heç bir kəsinti olmayıb. Bu da bir daha sübut edir ki,  sensasiya xatirinə yayılan məlumatlar həqiqətə uyğun deyil. "Aztelekom.net" internet provayderin xidmət göstərdiyi digər ərazilərdə də hal-hazırda heç bir texniki problem yoxdur”.
 
HƏQİQƏT
 





15/02/12    Çap et