Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli mehmanxanalar nömrələrin internet üzərindən onlayn-bronlaşdırılması xidmətlərinin göstərilməsinə başlayıb


Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, artıq müvafiq ulduzlu bütün Azərbaycan mehmanxanaları nömrələrin internet üzərindən onlayn-bronlaşdırılması xidmətlərinin göstərilməsinə başlayıb.

Azərbaycandakı mehmanxanalarda nömrə bronlaşdırmaq asanlaşıb. Belə ki, ölkədə rus, ingilis və Azərbaycan dillərində nömrələrin onlayn-bronlaşdırılması sistemi - www.bakutourism.az yaradılıb:
Azərbaycandakı bəzi otellər booking.com da daxil olmaqla, onlayn-bronlaşdırılma üçün dünyanın aparıcı internet portallarında da qeydiyyatdan keçib.

Bu gün Azərbaycanda dünyanın "Нoliday Inn", "Hilton", "Park Inn", "Radisson SAS", "Ritz-Carlton", "Missoni" və "Hyatt" kimi mehmanxana operatorları təmsil olunur.Otellərin əksəriyyəti Bakıda və ölkənin iri şəhərlərində yerləşir.


RƏVAN




15/02/12    Çap et