Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müdafiə Sənayesi Nazirliyinin saytında “elektron xidmətlər” bölməsi yaradılıb


Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyinin veb- saytında “elektron xidmətlər” bölməsi yaradılıb.

“Elektron xidmətlər” bölməsində “onlayn müraciət” və “ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi”  xidmət növləri yer alıb. Bölməyə, göstərilən xidmətlərin hər biri üzrə inzibati reqlament və müraciət formaları daxil edilib. 

Qeyd edək ki, vətəndaşların müraciətlərinin asanlaşdırılması məqsədilə 2011-ci ilin sentyabr ayından nazirliyin veb-saytında “onlayn müraciət” üzrə elektron xidmət fəaliyyət göstərir.




CAHANGİR




15/02/12    Çap et