Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB Suraxanı rayonunda elektron ATS istifadəyə verib


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Sabunçu TQ-nin xidməti ərazisinə daxil olan  Suraxanı rayonu ərazisində NGN texnologiyası əsasında 896 nömrə tutumuna malik ONU tipli  451 saylı  EATS istifadəyə verilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Sabunçu TQ-nin rəisi Nəriman Salmanov məlumat verib.

O əlavə edib ki, Ramanı kəndində yerləşən EATS-450/451, Hövsan kəndində olan  457, Kürdəxanıdakı 550/551 və Savalan yaşayış massivində yerləşən 551 saylı EATS-lər NGN texnologiyası əsasında yenidən qurularaq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, sözügedən texnologiya strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir yeni telekommunikasiya sistemi olub, istifadəçilərə multimedia və ənənəvi telefon xidmətləri göstərmək imkanları yaradır.
Hazırda qovşağın montaj tutumu 104 min 64, abunə tutumu isə 95810 nömrə təşkil edir.



CAHANGİR




15/02/12    Çap et