Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də gündə 200 milyon mesaj dərc edilir


“Twitter”in rəsmi bloqunda verilən məlumata əsasən, xidmətin istifadəçiləri hər gün 200 milyondan çox tvit (mesaj) dərc edirlər. Müqayisə üçün bildirək ki, 2009-cu ilin yanvarında hər gün göndərilən mesajların sayı yalnız 2 milyon təşkil edirdi.
“Twitter”, həmçinin keçən yarım il üçün 5 ən məşhur müzakirə mövzusunu fərqləndirib. Onlar: pop-müğənnilər Rebekka Blek və Britni Spirs, Misirin sabiq prezidenti Hüsnü Mübarək, “donuz qripi” və Pasxa olub. Məşhurluğu sürətlə artmasına baxmayaraq, “Twitter” əvvəlki kimi “Facebook” sosial şəbəkəsindən geri qalır.




02/07/11    Çap et