Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti 2012-ci ilin ikinci rübündə “Android 5.0” platformasını təqdim edəcək


“Jelly Bean” kod adı altında çıxış edən platforma 2012-ci ilin ikinci rübündə təqdim edilə bilər. “Google” şirkəti sanki yeni əməliyyat sistemini təxminən “Windows 8” ilə bir vaxtda və ya daha əvvəl elan etməyi planlaşdırır.

İlkin məlumatlara görə, “Android 5.0” platformasında kompyuteri yenidən yükləmədən (rebbot) iki əməliyyat sistemi arasında keçid etməyə imkan verən ikili yükləmə vasitələri reallaşdırılacaq.
Bundan əlavə, bazar iştirakçıları “Google” şirkətinin “Android 5.0” platforması ilə noutbuk və netbuk seqmentində mövqeyini gücləndirməyə çalışacağını güman edirlər.

Hesablamalara görə, 2011-ci ilin dördüncü rübündə satılmış planşet kompyuterlərinin 39,1%-də “Android” əməliyyat sistemi quraşdırılıb. Smartfonların rüblük satışları üzrə isə bu platformanın payı 50,9% təşkil edib.




EMİL
 
 





16/02/12    Çap et