Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” videoçat istifadəyə verəcək


“Facebook” sosial şəbəkəsi bu həftə yeni xidmət təqdim etmək niyyətindədir. Şirkətdəki mənbələr iddia edir ki, xidmət səyyaha inteqrasiya edilmiş olacaq və “Facebook” iştirakçıları videoçat vasitəsilə bir-biriləri ilə əlaqə saxlayacaqlar. Yeni xidməti “Facebook” rəhbəri Mark Sukerberqin “Siettl”ə qarşıdakı səfəri vaxtı təqdim edəcəyi gözlənilir.
Yeni videoçat sisteminin “Skype” texnologiyasına əsaslanacağı məlumdur. Qeyd edək ki, əvvəllər “Facebook” və “Skype” "texnologiya əməkdaşlığının geniş proqramı”nı elan etmişdilər.




04/07/11    Çap et