Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin “Google”nun illik mənfəəti ikiqat artıb


Çinin nəhəng axtarış sistemi olan “Baidu” şirkətinin 2011-ci ilin dördüncü rübü və bütövlükdə 2011-ci il üzrə maliyyə göstəricilərini dərc edib.

Çinin ən iri axtarış sisteminin mədaxili 3 ay ərzində 710.9 milyon dollar təşkil edib. Bu göstərici 2010-cu ilin son rübü ilə müqayisədə 82,5% artıb. Təmiz mənfəət 77% artaraq 326,3 milyon dollar təşkil edib.
Şirkət 1 il ərzində 2,3 milyard dollar mədaxil əldə edib. Bu isə 2010-cu illə müqayisədə 83,2% çoxdur. Təmiz mənfəət 88,3% artaraq 1,1 milyard dollar təşkil edib.

“Baidu” şirkəti Çinin axtarış bazarında mövqeyini gücləndirməyə davam edir. “Analysys International”-ın hesablamalarına əsasən, şirkətin payı dördüncü rübdə 78,3%-ə qədər artıb. “Google” şirkətinin payı, əksinə, 17,2%-dən 16,7%-ə qədər azalıb.





17/02/12    Çap et