Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni tərtibatda təqvim təqdim edib


“Google” şirkəti “Gmail” poçt xidmətinin və “Google Calendar” təqviminin yeni tərtibatını təqdim edib. Yenilik haqqında şirkət öz bloqunda bildirib. “Gmail” poçt xidmətinə 2 yeni tərtibat mövzusu – “Preview” və “Preview” (Dense) əlavə edilib. Onları poçt ayarından aktivləşdirmək olar. Tərtibat qara-qırmızı-ağ rəng qammasında hazırlanıb və iyun ayının 28-də istifadəyə verilən “Google+” sosial şəbəkəsinin tərtibatı ilə oxşardır.
“Google Calendar” təqviminin yeni tərtibatı, həmçinin “Google+” tərtibatı ilə oxşardır. Ekranın yuxarı hissəsindəki "Çap et" və "Yeniləmək" düymələrə əvəz edilib, bəzi təkrarlanan elementlər yox edilib. İstəkdən asılı köhnə tərtibata keçmək olar.
Qeyd edək ki, “Google” iyun ayının 28-də, həmçinin axtarış mühərrikinin əsas səhifəsinin tərtibatını dəyişdirib. “Google” loqotipi kiçildilib və bütün bağlantılar səhifənin yuxarı və aşağı hissələrinə keçirilib.




04/07/11    Çap et