Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən kiçik “qida” modulu hazırlanıb


“Murata Manufacturing” şirkəti yığcam elektron qurğular üçün nəzərdə tutulmuş “qida” modulu yaradıb.
Sabit cərəyan dəyişdiricisinin (LXDC2UR məmulatı) dünyada ən kiçik olduğu iddia edilir: ölçüləri cəmisi 2,5×2,3 mm təşkil edir. Çıxışda cərəyanın gücü 0,6 A bərabərdir.

“Qida” modulunun hər şeydən əvvəl smartfon və planşet kompyuterlərində tətbiq ediləcəyi güman edilir. Onun istifadəsi nəticəsində mobil qurğular daha yüngül və nazik olacaqlar.
Yığcam sabit cərəyan dəyişdiricilərinin tədarükü artıq başlanıb.





 
EMİL





20/02/12    Çap et