Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sabah “Telecom Siberia 2012” telekommunikasiya konfransı keçiriləcək


Sabahdan  Novosibirsk şəhərində "Telecom Siberia 2012"  telekommunikasiya konfransı keçiriləcək. İldə bir dəfə baş tutan tədbir Novosibirsk informatizasiya və telekommunikasiya departamentinin dəstəyi ilə "Doubletree by Hilton Novosibirsk"də reallaşacaq.

 "Telecom Siberia 2012" konfransının proqramını telekommunikasiya xidmətləri, telekommunikasiya sənayesi; avadanlıq və həllər, elektron ödənişlər; səmərələlik və təhlükəsizlik məsələləri təşkil edəcək.






20/02/12    Çap et